اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1807 2017/11/17 - 16:13 106
Əmir əl-möminin Əliyyibni Əbi Talib (ə) çeşməsndən için

Ustad Füruğinin məhzərində

Əmir əl-möminin Əliyyibni Əbi Talib (ə) çeşməsndən için

Bismillahir-rəhmanir-rəhim

İmam Əlinin (ə) mövlud gecəsi, Təbriz, Kərimxan məscidi, 1/5/2015

Əmir əl-möminin Əliyyibni Əbi Talibin (ə) viladət gecəsi əyyamullahdır (Allah günlərindəndir). Belə bir gecədə Allahın sirri zühur edib.

Əli (ə), insanın özüdür. Allah istəyir, insan kitabının həqiqətini və kamil təfsirini zühura gətirsin.

İnsan, Allahın kitabıdır.

“الصورة الإنسانية هي أكبر حجج اللّه على خلقه‏”

İnsan, Allahın Öz yaratdıqlarına ən böyük dəlilidir. (Xoyi, “Minhacul-bəraə fi şərhi Nəhc əl-bəlağə”, c. 19, səh. 289.) Bu dəlili tanımaq lazımdır.

Aləmdə bu qədər sirlərin olması ona görədir ki, təbiət aləmindən xaric olasan. Əli (ə) səni həqiqətə çatdırmaq üçün insanlığın həqiqət və sirridir.

İnsan übudiyyətlə öz həqiqi mənasını tapır. Hər nəyə ürək versən o səni mənalandırır. Təkvin aləmində hər bir nişanə və aləmdə hər nə varsa, qeyb aləminin inikasıdır. Özünü təfsir etmək və öz mənanı tapmaq üçün gərək möhkəmlərə müraciət edəsən və onlar əhli-beytdirlər (ə). Elə ki, özünü təfsir və şərh etdin, su kimi cari olacaqsan, axacaqsan. Elə ki, insanlara xeyir çatdırdın, axacaqsan.

Biz dəryadanıq və dəryaya tərəf gedirik

Biz yuxarıdanıq və yuxarı qalxırıq.

Görəsən, Əli, Əli demək kifayət edirmi? Əli (ə) bulağından nuş etmək, içmək istəmirsənmi?

Əli (ə) özü buyurur:

“وَ رِدُوهُمْ وُرُودَ الْهِيمِ الْعِطَاش”

“Susuz adamlar suya daxil olduqları kimi siz də əhli-beytə (ə) yaxınlaşın”.(“Nəhc əl-bəlağə”, səh. 120.)

Həmmam adlı bir şəxs Əmir əl-möminindən (ə) ona bəzi sirlər öyrətməsini xahiş etdi. Həzrət əvvəl qəbul etmədi, lakin Həmmam çox təkid etdikdən sonra imam Əli (ə) “Təqvalılar” xütbəsini buyurdu. Xütbə tamam olduqdan sonra Həmmam öldü. Onu “sel” apardı.

Həzrət Əli (ə) buyurur:

“يَنْحَدِرُ عَنِّي السَّيْلُ وَ لَا يَرْقَى إِلَيَّ الطَّيْر”

Həmişə çoşğun sellər, elm və fəzilət çeşmələri vücudumda axır.

Rəsuli-əkrəm (s) həzrət Əliyə (ə) Əbu Turab künyəsini verdi. Peyğəmbər (s) gördü ki, Əli (ə) torpaq üstə yatıb və onun bir tərəfinə toz qonub. Mehribanlıq və lütf üzündən ona buyurdu: “Qalx, ey Əbu Turab”. (“Əl-ğədir”, c. 6, səh. 337.)

İbayət ibn Rəbi deyir: Abdullah ibn Abbasdan Peyğəmbərin (s) nə üçün Əlini (ə) Əbu Turab adlandırmasının səbəbini soruşdum. Dedi: Çünki Əli (ə) Peyğəmbərdən (s) sonra Yerin sahibi və Yer əhlinə Allahın höccətidir, Yerin baqi qalması və rahatlığı onunladır (Əli (ə) ilədir). Peyğəmbərdən (s) eşitdim ki, buyurdu: Qiyamət günü olanda kafir şəxs Mütəal Allahın Əlinin (ə) şiələrinə verdiyi mükafat və kəraməti gördükdə deyər: Ey kaş, mən də torpaq olaydım. Yəni, kaş Əlinin (ə) şiələrindən olurdum. Ayədə kafirlərin adından deyilən “Kaş torpaq olaydım!”-cümləsinin də mənası budur. (“İləl əl-şəraye”, c. 1, səh. 156.)

İmam Sadiqdən (ə) soruşdular ki, nə üçün Peyğəmbərə (s) Əbul-Qasim deyirlər? Buyurdu: Çünki oğlunun adı Qasim idi. Sualı soruşan imamdan (ə) daha artıq məlumat verməsini xahiş etdi. İmam (ə) buyurdu: Çünki Əliyyibni Əbi Talib (ə) qasimdir, yəni cənnət və cəhənnəmi böləndir. Qiyamət günü o həzrət Allahın izni ilə cəhənnəm əhlini cəhənnəmə və cənnət əhlini cənnətə çağıracaq. Bəs, Əli (ə) qasimdir. Digər tərəfdən Əliyyibni Əbi Talib (ə) də uşaqlıq çağlarından Peyğəmbərin (s) qucağında böyüyüb və elə uşaqlıq dövründən Peyğəmbər (s) ona müəllim və o da Peyğəmbərə (s) şagird olub. Hər bir şagird də ustadının övladı hesab edildiyi və ustadın şagirdə atalıq haqqı olduğundan Əli (ə) Peyğəmbərin (s) övladı kimidir. Ona görə də Peyğəmbəri (s) Əbul-Qasim adlandırırlar. (“Məani əl-əxbar”, s. 52, hədis 3.)

Peyğəmbər (s) Əlinin (ə) adı ilə tanınmışdır.

Əmir əl-möminin (ə) ziyarətnaməsində oxuyuruq:

“السَّلَامُ عَلَى مِيزَانِ الْأَعْمَال”

“Salam olsun sənə ey əməllərin tərəzisi”. (“Zad əl-məad”, “Məfatih əl-cinan”, səh. 459.)

İnsanlığı Əli (ə) tərəzisində dəyərləndirmək lazımdır. Çünki o, insanın özüdür.

Elə ki, anası Fatimə bint Əsədi Kəbənin yanında doğum ağrıları tutdu, Allahdan kömək istədi, Kəbə öz sinəsini açdı. Ən müqəddəs insanın dünyaya gəlməsi üçün ən müqəddəs məkan öz sinəsini açdı.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

0 0 vote
Article Rating
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?

sajde-mohabbat-slider

Məhəbbət səcdəsi

0 0 vote Article Rating

رنگ توحید

Video/ Tövhid rəngi

0 0 vote Article Rating

جمال امام حسین علیه السّلام (حُدّاث الحُسین)

Video/ İmam Hüseynin (ə) camalı

0 0 vote Article Rating

حزن و اندوه

Video/ Qəm və kədər

0 0 vote Article Rating

در جستجوی خدا باش

Video/ Allahın axtarışında ol

0 0 vote Article Rating

رقص خاک

Video/ Torpağın rəqsi

0 0 vote Article Rating

غنچه‌ی دل

Video/ Ürək qönçəsi

0 0 vote Article Rating

سرمستان توحید

Video/ Tövhiddə məst olanlar

0 0 vote Article Rating

0
Would love your thoughts, please comment.x
()
x