اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1783 2017/11/05 - 14:37 254
Allaha üz tutmaq

Ustad Füruğinin məhzərində

Allaha üz tutmaq

Mömin insan munibdir, yəni hər bir bəhanə ilə Allahın dərgahına üz tutur və Ona tərəf qayıdır. Allaha üz tutmağın ən yüksək mənası odur ki, insan Allahdan başqasından qırılsın.

Mütəal Allah Qurani-kərimdə həzrət İbrahim (ə) üçün bir ayədə üç sifət sayır: “Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və Allaha üz tutan bir zat idi” (1). Həzrət İbrahim (ə) deyir: “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (2).

Peyğəmbərlər (ə) bu xüsusiyyətlə öz vücudlarını genişləndirirdilər. Onların hər birinin öz həyatında bir xüsusiyyəti olmuşdur. Bütün kamal sifətətlərinə malik olmalarına baxmayaraq, o sifətlərdən bəzisi daha çox seçilirdi. Bütün sifətləri seçilən peyğəmbər təkcə həzrət Muhəmməd Mustafadır (səlləllahu ələyhi və alihi və səlləm). Quran buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (3).

Sözümüz Allaha üz tutmaqda və ondan başqa hər şeydən qırılmaqda idi. Allaha üz tutmaq başqa sözlə, təkrar olaraq özünü Allaha göstərməkdir. Elə bil, insan özünü göstərməli bir varlığa təqdim etmək üçün növbə alır, yaxud sıraya dayanır.

Allaha üz tutmuş kəs, o kəsdir ki, bu sırada dayanmağı daim təkrarlasın və daim özünü göstərsin. Vacib və müstəhəb namazlar bir növ özünü Allaha göstərməkdir.

Mərhum Axund Kaşi barədə deyirlər ki, dəstəmaz aldıqda bütün müstəhəblərə riayət edirdi və dəstəmazı çox uzun çəkirdi. Bir nəfər gəlib tələsik dəstəmaz alaraq gedir. Axund dəstəmazını qurtarınca, o artıq namazını da tamamlayır. O məsciddən çıxanda Axund ona deyir: Bu nə namaz idi? O deyir: Ağa, biz həqiqi namaz qılmırıq, təkcə istəyirik Allaha deyək ki, itaət etməyən və üsyankar deyilik. Axund onun sözündən təəccüb edir və deyir: Bu adam necə də gözəl başa düşüb. Hər namazda istəyirəm Allaha deyəm ki, mən üsyankar deyiləm.

Bizim hər namazımız Allaha üz tutmaq və yenidən Allaha tərəf qayıtmaq, özümüzü Ona göstərməkdir. İstəyirik deyək ki, pis olsaq da Səndən əl götürməmişik.

Bu işi o qədər təkrar etmək lazımdır ki, başını Cananın astanasında qərar verəsən və məqamın ucalsın. Necə ki, həzrət İdris (ə) barədə buyurur: “Biz onu yüksək bir məqama qaldırdıq” (4). Həmçinin buyurur: “Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik” (5).

Allahın verdiyi məqamlar insanın zatının bir hissəsi olur və onu insandan ayırmaq olmaz. Ona görə də hər bir fürsət və imkandan istifadə edərək özümüzü Allaha və İmam Zamana (ə) göstərək. Əgər bir nəfərin belə bir himməti olsa, bütün yaxşılıqlar onun sorağına gələcək və insanın adı aləmi bürüyəcək. Məsum imamlar (ə) duada deyirdilər: “İlahi! Məni yerdə və asimanda məxluqlarının sevimlisi qərar ver” (6).

İnşallah, bizim namazlarımız Allaha üz tutmağa çevrilsin və Allah bizi tövbə etmişlərdən qərar versin. Bu xüsusiyyət bizim üçün gerçəkləşsin ki, hər zaman və hər halda Allaha üz tutaq və ah sahibi olaq. Hədisdə gəlmişdir ki, “Ah” Allahın adlarından biridir: “Ah, Allahın adlarından biridir. Hər kəs Ah desə, Allah Təbarək və Taalaydan yardım istəmişdir” (7).

Əllamə Həsənzadə Amuli “İlahinamədə” deyir: “İlahi! ah məndən, nəzər Səndən”.

Hər kimin ahı varsa, onun ardınca nəzər də gələcək. Allahın nəzəri! Gəl ahını, nəzərlə mübadilə et!

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

——————————————-
Qaynaqlar:
1. “Hud” surəsi, ayə 75.
2. “Ənam” surəsi, ayə 79.
3. “Qələm” surəsi, ayə 4.
4. “Məryəm” surəsi, ayə 57.
5. “Ənam” surəsi, ayə 83.
6. “Kamiluz-ziyarat”, səh. 40.
7. “Tohidi Səduq”, səh. 219.

0 0 vote
Article Rating
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?

sajde-mohabbat-slider

Məhəbbət səcdəsi

0 0 vote Article Rating

رنگ توحید

Video/ Tövhid rəngi

0 0 vote Article Rating

جمال امام حسین علیه السّلام (حُدّاث الحُسین)

Video/ İmam Hüseynin (ə) camalı

0 0 vote Article Rating

حزن و اندوه

Video/ Qəm və kədər

0 0 vote Article Rating

در جستجوی خدا باش

Video/ Allahın axtarışında ol

0 0 vote Article Rating

رقص خاک

Video/ Torpağın rəqsi

0 0 vote Article Rating

غنچه‌ی دل

Video/ Ürək qönçəsi

0 0 vote Article Rating

سرمستان توحید

Video/ Tövhiddə məst olanlar

0 0 vote Article Rating

0
Would love your thoughts, please comment.x
()
x