اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1955 2018/02/03 - 21:22 240
Aşiqlərin ibadətinin sirri

Böyük Ustad Ayətullah Füruği

Aşiqlərin ibadətinin sirri (Birinci hissə)

Hər kəsin əməli onun himmətinin və hər kəsin əsəri onun varlığının güzgüsüdür. Biz danışdıqda sözlərimiz daxilimizin nümayəndəsi olaraq batinimizdə nə toplandığını, canımızın haradan qidalandığınız göstərir.
İnsan dilinin altında gizlənibdir
Bu dil can dərgahına bir pərdədir
(“Məsnəvi mənəvi”, ikinci dəftər, 21-ci bölüm)
Ağzımızdan çıxan sözlər bizi dəyərləndirən meyardır və onunla özümüzü tanıya bilərik.
İmam Əli (ə) Allahla münacat etdikdə belə deyir: “İlahi! Mən Sənə əzabından qorxduğum və savabına tamahlandığım üçün ibadət etmirəm, Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm!” (“Biharul-ənvar”, c. 67, səh. 197)
«مَا عَبَدْتُكَ خَوْفاً مِنْ نَارِكَ وَ لَا شَوْقاً إِلَى جَنَّتِكَ بَلْ وَجَدْتُكَ أَهْلًا لِلْعِبَادَةِ فَعَبَدْتُكَ»
Əlinin (ə) ibadəti tacirsayağı ibadət deyil ki, alış-veriş etsin, cənnət və onun nemətlərinə çatmaq üçün Allaha ibadət etsin. Əli (ə) Sənin Özünü istəyir, Əli (ə) sənin aşiqindir. İnsanın Allah qarşısında tacirsayağı ibadət etməsi nə qədər pisdir.
İnsan bir az yuxarı qaxdıqda nemət və savaba görə etdiyi ibadətlərin nə qədər xoşagəlməz olduğunu başa düşür.
O kəs ticarət edir ki, əlində sərmayəsi olsun, amma bizim bir şeyimiz yoxdur. İnsaın özünü dünyada nəyinsə sahibi sanması, mərifətinin azlığı üzündəndir.
Bizim nəyimiz vardır ki, Allahla tacirsayağı rəftar edək. Allahla ticarət etmək məqsədilə iş görən şəxs ömür, güc və digər şeylərin özününkü olduğunu düşünür. Amma həqiqət budur: “Qüdrət və güc yalnız uca və əzəmətli Allahdandır.” «لاحول و لا قوۀ الا بالله العلی العظیم»
Hər şey Allah tərəfindəndir. İmam Hüseyn (ə) Ərəfə duasında deyir: “Ey mənim mövlam, hansı vasitə ilə Sənin hüzuruna gəlim? Gözüm, əlim, qulağım və dilimləmi, yoxsa, əllərim və ayaqlarımlamı? Bunların hamısını ixtiyarımda qoyduğun halda, onlarla günah etdiyim nemətlər deyilmi? Mənə höссət tamamlanmış və işlər mənim əleyhimədir!” (“Bələdul-əmin”, səh. 255)
«فَبِأَيِّ شَيْ‏ءٍ أَسْتَقْبِلُكَ‏ يا مَوْلايَ، أَ بِسَمْعِي أَمْ بِبَصَرِي، أَمْ بِلِسانِي أَمْ بِيَدِي أَمْ بِرِجْلِي؟ أَ لَيْسَ كُلُّها نِعَمَكَ عِنْدِي، وَ بِكُلِّها عَصَيْتُكَ يا مَوْلايَ، فَلَكَ الْحُجَّةُ وَ السَّبِيلُ عَلَيَّ»
Hamımız Allahın hüzuruna gedirik, Qiyamət hamı üçün bərpa olacaqdır. “Ey insan! Sən səy göstərib Rəbbinə doğru can atırsan. Sən Onunla görüşəcəksən!” (“İnşiqaq” surəsi, ayə 6)
﴿يا أَيُّهَا اَلْإِنْسانُ إِنَّكَ كادِحٌ إِلى رَبِّكَ كَدْحاً فَمُلاقِيهِ﴾
Necə olur olsun, hamını Mütəal Allahın məhzərinə aparacaqlar, hansı vəziyyətdə Allahın hüzuruna daxil olacağıq?
İmam Hüseyn (ə) Ərəfə duasının bu hissəsində deyir ki, ilahi, Sənin hüzuruna gəlmək istədikdə özümlə nə gətirim? Bədənimin hansı üzvünü dərgahına hədiyyə edim? Əl, ayaq, dil və qulağım bəsdirmi? Halbuki, onları da Sən vermisən və mənim heç nəyim yoxdur. Amma nə qədər pisdir ki, Sənin vediyin bir şeyi mən itaətsizlik və günahda işlətmişəm.
İmamın (ə) sözünün canı budur ki, ilahi, bu nemətlərin hamısı Sənindir və özümün heç nəyim yoxdur, üstəlik, Sən verənləri də qəsbkarcasına işlətmişəm.
Hər hansı pis baxış, pis bir söz Allahın malını qəsbkarcasına işlətməkdir.
Bunu başa düşdükdə biləcəksən ki, Allahla tacircəsinə rəftar etmək üçün bizim bir şeyimiz yoxdur və özümüzün bir şeyimiz yoxdur ki, onu verib Allahdan nəyisə alaq.
İlahi, həqiqətləri iddia olan kəsin, necə iddiası iddia olmaya?!
«الهی مَنْ كَانَتْ حَقَائِقُهُ‏ دَعَاوِيَ‏ فَكَيْفَ لَا تَكُونُ دَعَاوِيهِ دَعَاوِي‏»
Bizim varlığımız varlıq deyil, biz heçik
Biz varlıqnüma yoxlarıq
Sən faninüma mütləq varlıqsan
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

0 0 vote
Article Rating

Bu materialı sosial şəbəkələrdə paylaşın

Subscribe
xəbər tutmaq
guest
0 Comments
Inline Feedbacks
View all comments
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?

sajde-mohabbat-slider

Məhəbbət səcdəsi

0 0 vote Article Rating

رنگ توحید

Video/ Tövhid rəngi

0 0 vote Article Rating

جمال امام حسین علیه السّلام (حُدّاث الحُسین)

Video/ İmam Hüseynin (ə) camalı

0 0 vote Article Rating

حزن و اندوه

Video/ Qəm və kədər

0 0 vote Article Rating

در جستجوی خدا باش

Video/ Allahın axtarışında ol

0 0 vote Article Rating

رقص خاک

Video/ Torpağın rəqsi

0 0 vote Article Rating

غنچه‌ی دل

Video/ Ürək qönçəsi

0 0 vote Article Rating

سرمستان توحید

Video/ Tövhiddə məst olanlar

0 0 vote Article Rating

0
Would love your thoughts, please comment.x
()
x