اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Bioqrafiya

Bismillahir-rəhmanir-rəhim

Ustadın qısa bioqrafiyası

Böyük ustad Şeyx Əli Füruği (Allah onu qorusun) hicri-şəmsi 1342-ci il isfənd ayının 18-də (miladi 1964/3/8) Ərdəbil əyalətinin Germi şəhərində dindar ailədə dünyaya göz açıb. O, orta məktəbi bu şəhərdə bitirmiş və 1361 hicri-şəmsidə (1982 miladi) dini elmlərə yiyələnməyi qərara alıb və bu məqsədlə Ərdəbilin “Molla İbrahim” mədrəsəsinə daxil olub.

Böyük ustad özü bu barədə deyir:

“Mənəvi məsələlər və İslam İnqilabının qələbəsinə görə məndə böyük şövq və həvəs yaranmişdı. Bu gözəl halı gerçəkləşdirmək və özümü tərbiyə etmək üçün təhsilimi elmi hövzədə davam etdirmək qərarına gəldim. Çünki özümdə dini elmləri öyrənmək və onu başqalarına çatdıra bilmək istedadı hiss edirdim. Tələbə olmazdan qabaq bəzi məclislərdə çıxış edir və Ustad Mütəhhərinin (rh) və digər böyük alimlərin əsərlərini mütaliə edirdim”.

Ustad, Ərdəbil Elmi Hövzəsində bir il təhsildən sonra 1362-ci ilin mehr ayında (1982 miladi) həzrət Əliyyibni Musa Rzanın (əleyhissalam) türbətinin yaxınlığında öz təhsil və tərbiyəsini davam etmək üçün Müqəddəs Məşhəd şəhərinə üz tutur.

İlk öncə Kəcuri mədrəsəsində hücrə alır və ərəb ədəbiyyatının tanınmış ustadı cənab Seyid Höccət Haşimi Xorasaninin dərslərində iştirak edərək sərf, nəhv, məani, bəyan elmlərini “Məalim” kitabına qədər oxuyur.

Müqəddimə elmlərini tamamladıqdan sonrafiqh və üsul elmlərində böyük ustadlar: Ayətullah Səbzivari, Ayətullah Rzazadə, Ayətullah Mürtəzəvi və Ayətullah Mirzaəli Fəlsəfidən faydalanıb.

O, elm təhsili ilə eyni zamanda əxlaq və tərbiyə məsələlərinə də böyük əhəmiyyət verir, Məşhəd Elmi Hövzəsinin Ayətullah Elmi Ərdəbili, Ayətullah Kəcuri, Ayətullah Noğani, Ayətullah İzəddin Zəncani, Ayətullah Mirzaəli Fəlsəfi kimi böyük əxlaq ustadlarının ümumi əxlaq dərslərində iştirak edir.

Əliyyibni Musa Rzanın (əleyhissalam) qonşuluğunda 10 il qalaraq səth elmini tamamladıqdan sonra 1371-1372-ci illərdə (1992-1993) Müqəddəs Qum şəhərinə gəlir.

O, Quma gəlişindən sonra 20 il müddətində Ayətullah əl-üzma Fazil Lənkərani, Ayətullah əl-üzma Təbrizi, Ayətullah əl-üzma Vəhid Xorasani, Ayətullah əl-üzma Məkarim Şirazi kimi böyük ustad və təqlid mərcələrinin üsul və fiqh dərslərindən faydalanır, Ayətullah əl-üzma Fazil Lənkəraninin nəzarəti ilə “Fiqhi Əimmeyi-Əthar (ə)” İnstitutunda fiqh və üsul ixtisassını bitirir.

Habelə, bir neçə il Ayətullah əl-üzma Cavadi Amilinin təfsir dərslərində iştirak edir.

Daim mənəviyyat və əxlaq məsələlərini diqqətdə saxlayan ustad böyük şövq və ciddiliklə özünü ən mühüm əxlaq və irfan ustadı, yəni kamil arif mərhum Ayətullah Şeyx Əli Səadətpərvərin (Pəhləvani) xidmətinə yetirir və 12 il müddətində onun məhzərindən faydalanır. Bu ustadın mənəvi həyatında dönüş nöqtəsi hesab olunur. Ayətullah Şeyx Əli Səadətpərvərin vəfatından sonra bir müddət Ayətullah Seyid Əbdullah Cəfərinin məhzərindən xüsusi olaraq faydalanır. Həmçinin, Ayətullah Şeyx Cavad Kərbəlayinin Qumdakı ümumi əxlaq dərslərindən və mərhum Hacı İsmayıl Dolabinin Tehrandakı həftəlik dərslərində iştirak edir.

Ustad, Quma gəlişinin ilk illərindən müqəddimə və ali səth dərlərinin tədrisinə başlamış, “Şərhi-Lümə”, “Rəsail”, “Məkasib”, “Kifayə” dərslərini tədris etmişdir. Artıq bir neçə ildir ki, ustad “Xaric Fiqh” dərsinin tədrisi ilə məşğuldur.
Ayətullah Füruğu, ustadı Ayətullah Pəhləvaninin (rh) vəfatından bir neçə il öncə o həzrətin icazəsi ilə əxlaq dərsini başlamış və indiyə kimi də davam edir.

Həmçinin, 1369-cu ildən (1990) müntəzəm olaraq Qum, Tehran, Təbriz, Ərdəbil, Zəncan və s. kimi ölkənin müxtəlif əyalət və şəhərlərində ustdın əxlaq dərsləri və çıxışları olur və bu hal-hazırda da davam edir.

Ayətullah Füruğu, tövhid maarifinin təbliği və yayılması məqsədilə dəfələrlə Rusiya, Türkiyə və Azərbaycan ölkələrinə səfər etmişdir.

Bu materialı sosial şəbəkələrdə paylaşın