اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1835 2017/11/17 - 17:26 154
Fani olmayınca, icazə vermirlər!

Ustad Füruğinin məhzərində

Fani olmayınca, icazə vermirlər!

Bismillahir-rəhmanir-rəhim

Xatəmul-ənbiya (s) məscidi, Pərdisan qəsəbəsi, 27/5/2015

İnsan ayılmayınca, peyğəmbərlərin (ə) səsini eşitmir. Əgər ah və həsrət çəkirsənsə bil ki, dirisən və mənəvi həyatın var. İnsan əməllərinə diqqət etməyincə, oyaq deyil.

Oyaqlıq (yəqzə) gəldikdə, naqis olduğunu başa düşürsən. Naqisliyini hiss etdikdə isə kamala tərəf yönəlirsən.

Onda müsafir olduğunu və qarşında əbədiliyin olduğunu başa düşürsən. Dünyanın xasiyyəti budur ki, insana yalançı doyum hissi verir. Bəzən elə olur ki, insan bir ev, ya bir maşınla doyduğunu hiss edir. Bu yuxu və qəflətin əlamətidir.

Qəflətdən ayılanlar fələklər aləminə səs-səda salırlar, nalələr edirlər. Əlbəttə, nalənin də mərtəbələri var. Yəqzənin (oyanmanın) ölçüsü nə qədər yuxarı qalxsa, insanın naləsi bir o qədər bərk olacaq.

Yəqzədən sonra insan seyri-sülukunu və hərəkətini başlayacaq. Lakin aləmdə iki növ seyr vardır:

1. Biri təkvin nizamındadır və aləmin mövcudlarını cəbr (məcburi) surətində irəli aparır. Qurani-kərim buyurur:

“ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ”

“Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər”. (“Fussilət” surəsi, ayə 11.)

2. Biri də təşri nizamındadır və ixtiyari surətdə irəli gedir. Qurani-kərim buyurur:

“وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ”

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat” surəsi, ayə 56.)

Bütün insan və cinlər naqisdirlər. Kamala çatmaq üçün gərək ixtiyari surətdə bəndəlik yolunda seyr etsinlər.

Təkvini seyrdə torpaq nə qədər ki, torpaqdır, meyvə və bağ deyil. Meyvəyə çevrilmək üçün gərək yox və fani olsun. Meyvəni də sərf edirlər, yox olur ki, adama çevrilsin. Biz insanlar meyvə, buğda, ya da bir heyvanın bədənində ət idik. Cansız şeylər hər mərhələdə öz varlığını itirir, irəli gedir və kamala çatır.

Bundan sonrası təkvini deyil. Gərək öz ixtiyarınla oyanasan ki, öləsən və həqiqi həyata qayıdasan.

“مُوتُوا قَبْلَ أَنْ تَمُوتُوا”

“Ölüm sizin sorağınıza gəlməmiş, ölün”. (“Bihar əl-ənvar”, c. 69, səh. 59.)

Təbii və məcburi ölüm sizin sorağınıza gəlməmiş ölün. Yəni, nöqsandan xaric olun. Elə ki, oyaqlıq (yəqzə) gəldi, insan od tutur və görür ki, bir dəstə gedib və o qalıb. Sonra kamil insana üz döndərib deyir: “Atam-anam sənə qurban”, “canım sənə qurban”. Yəni mən naqisəm və istəyirəm kamil olam, sonra fani olam.

Fani olmayınca, yol vermirlər!

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

0 0 vote
Article Rating
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?

sajde-mohabbat-slider

Məhəbbət səcdəsi

0 0 vote Article Rating

رنگ توحید

Video/ Tövhid rəngi

0 0 vote Article Rating

جمال امام حسین علیه السّلام (حُدّاث الحُسین)

Video/ İmam Hüseynin (ə) camalı

0 0 vote Article Rating

حزن و اندوه

Video/ Qəm və kədər

0 0 vote Article Rating

در جستجوی خدا باش

Video/ Allahın axtarışında ol

0 0 vote Article Rating

رقص خاک

Video/ Torpağın rəqsi

0 0 vote Article Rating

غنچه‌ی دل

Video/ Ürək qönçəsi

0 0 vote Article Rating

سرمستان توحید

Video/ Tövhiddə məst olanlar

0 0 vote Article Rating

0
Would love your thoughts, please comment.x
()
x