Cavab:
Salam ələykum.
Təslim məqamında salik bəndə qeyb aləmindən gələnləri, ağılla zidd olsa belə hamısını Allahın hökmünə təslim edir (Allahın hökmü bilərək ona təslim olur). “Yusəllimu təslima” yəni, kamil surətdə təslim olmaq. Xülasə, təslim Allahın bütün hökm və göstərişlərinə, ya Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ya Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən) hadisələri qarşısında təslim olmaq deməkdir.
Rza məqamı çox üstündür və Allahın “Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!” ayələrindəki dəvəti, rza məqamına çatmış nəfslər üçündür.
Bu məqama daxil olmağın şərti übudiyyətdə sadiq olmaqdır. “Allahdan olan bir razılıq isə daha böyükdür”. (“Tövbə” surəsi, ayə 72). Rizvan məqamı təsəvvür edilə biləcək hər bir şeydən üstündür.
Biri dərd, biri dərman bəyənir
Biri vüsal, biri hicran bəyənir
Mən dərd, dərman, vüsal və hicrandan
Canan bəyəndiyini bəyənirəm.
Əlbəttə, bu barədə çoxlu mətləblər vardır və daha geniş açıqlamaya ehtiyac vardır. Özünüz mütaliə edin.
Cavab:
Salam ələykum.
Aşağıdakı tövsiyələrə diqqət edin:
1. Vacibləri yerinə yetirin və haramlardan çəkinin.
2. Namazı ilk vaxtında qılın.
3. Quran tilavət edin.
4. Gün ərzində istiğfar edin və salavat göndərin.
5. Sübh və məğrib namazlarından sonra 100 dəfə: “Bismillahir-rəhmanir-rəhim. La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” deyin.
6. Müraqibə və mühasibəniz olmalıdır.
Cavab:
1. Qeybət dövründə özünün və camaatın, xüsusilə də gənclərin nəfslərinin tərbiyəsi və onları öz təklifləri ilə tanış etmək, İmamın (əc) zühuru üçün zəmin yaradan amillərdən biridir.
Qonaq gəlməzdən qabaq gərək ev sahibi evini hazırlasın. Bu da yaradılış aləmində böyük bir qonaqlıqdır ki, gərək ürək evləri qəbul və fada üçün hazır olsun. Can və malı fəda etməyə hazırlıq möminlərin vəzifəsidir.
2. Əhli-beyt (ə) evinin məhsulu olan islami təbliği, yəni bu gün bəşəriyyət aləminin ona bərk ehtiyacı olan vilayi islamın təbliği bizim vəzifəmizdir. Bütün vücudumuzla çalışmalı, hücumlar qarşısında elmi və əməli müqavimət göstərməliyik.
Bəşər aləmi və dini camiə o vaxt yüksələr ki, Allah, Rəsulullah (s) və Höccət (ə) mərifəti yolunda olsun. Belə olduqda zəlalət və sapınmalar bizim həyatımıza yol tapa bilməz.
اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ نَبِيَّكَ اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي.
“İlahi, Özünü mənə tanıtdır, əgər Özünü mənə tanıtdırmasan, Peyğəmbərini tanıya bilməyəcəyəm. İlahi, Peyğəmbərini mənə tanıtdır, əgər onu mənə tanıtdırmasan, Höccətini tanıya bilməyəcəyəm. İlahi, Höccətini mənə tanıtdır, əgər onu mənə tanıtdırmasan, dinimdən azacağam”. (“Əl-kafi”, c. 1, səh. 337.)
3. “Mikyal əl-məkarim” kitabında böyük qeybət dövründə şiələr üçün 70 vəzifə yazılmışdır. Həzrət Vəliyyi Əsrə (əc) mərifət, məhəbbət və onun fərəci və sağlamlığı üçün dua bu vəzifələrdəndir.
Quran və rəvayətlərə diqqət etməklə bu mövzuda söhbət açmaq, ürəkləri Fatimə əzizinin (ə) intizarına və qarşılamağa yönəltmək lazımdır. Biz hamımız möhtac və onun müştaqıyıq!
Cavab:
Haqqunnası (qul haqqını) ödəmək vacibdir. Bunu ən əhəmiyyətli mövzu qərar verin.
Cavab:
Həzrət imam Zamanın (əc) dostlarından olmaq istəyən kəs birincisi, tamam vücudu ilə o həzrətin (əc) zühurunun intizarını çəkməlidir; ikincisi, günahdan çəkinməli və lazım olan təqvaya riayət etməlidir; üçüncüsü, gözəl əxlaqi keyfiyyətlərlə öz əxlaqını gözəlləşdirməlidir.
Cavab:
Salam ələykum
Bu günləri şiə aləmində, hətta İslam dünyasında vilayətin bayraqdarı və öndəri həzrət Ayətullah əl-üzma Xameneidir (Allahın salamı olsun ona). Şiələr üçün vacibdir ki, o həzrətin göstərişlərinə itaət etsinlər. Təhqir etmək böyük günahdır və bu da onların bugünkü dünyanın həqiqətlərindən xəbərsizliyindən və bəsirətsizliyindən irəli gəlir. Allah bizim hamımızı düz yolda qoruyub saxlasın.
Cavab:
Salam ələykum
Birinci sualın cavabı:
1. Şəhvətin qarşısını müqəddəs iş olan izdivacla almaq lazımdır.
2. Gözü naməhrəmə baxmaqdan qorumaq lazımdır.
İkinci sualın cavabı:
İmam Zaman (əc) yaxın olmaq üçün Ali-Yasin ziyarətini davamlı surətdə oxumaq yaxşıdır.
Cavab:
Salam ələykum
Seyri-süluk ustadı lazım olan vaxt icazə verir ki, şagird xüsusi vaxtda səcdədə müəyyən zikri desin.
Seyri-süluk yolunu ustadsız getmək təhlükəlidir.
Cavab:
Salam ələykum
Seyr-süluk yolunda ilk addım odur ki, öz keçmiş əməlinizdən tövbə edib, haqqullah və haqqunnası əda edəsiniz. Diqqətli olun ki, sizdən nə kiçik, nə də böyük günah baş verməsin. Vacib əməlləri də diqqətlə yerinə yetirin. (Digər məsələlər xüsusi deyilməlidir.)
Cavab:
Salam ələykum
Birinci sualın cavabı:
Bir neçə məsələyə diqqət etməyiniz lazımdır:
1. Seyr-süluk ona görə lazımdır ki, insan übudiyyətin zirvəsinə yetişsin. Çünki übudiyyət zəlilliyi ilə rübubiyyət izzəti təcəlli tapır. Bütün kamalların kökü übudiyyətə qayıdır.
2. Bu yolu getmək üçün təriqət ustadı seçmək lazımdır və bunsuz iş çətindir, hətta demək olar ki, qeyri-mümkün və qorxuludur.
Bu yolu ustadsız getmə
Qaranlıqdır qorx azmaq təhlükəsindən
(طى اين مرحله بى همرهى خضر مكن ظلمات است بترس از خطر گمراهى)
Seyr-süluk məsələləri üçün təriq ustadı lazımdır ki, bu yolda təhlükəsiz olaraq səfər edəsən.
3. Seyr-süluk məsələləri vitural aləmdə bəyan ediləsi deyil. Hər salik gərək gizli surətdə öz vəzifəsini öyrənib, tanısın və ona əməl etsin.
4. Bildiyinizə əməl edin, amma ifrat etməyin. Gecə-gündüz bəzi saatları zikr və dua üçün ayırın. Gün ərzində müraqibəyə dəqiq əməl edin. Öz təbliğ vəzifənizi də yerinə yetirin. Çünki tövhidi, vilayəti təbliğ etmək, insanları hidayət etmək ibadətdən daha fəzilətlidir. Rəsuli-əkrəm (ə) həzrət Əliyə (ə) belə buyurdu:
“لَأَنْ يَهْدِيَ اللَّهُ عَزَّ وَ جَلَّ عَلَى يَدَيْكَ رَجُلًا خَيْرٌ لَكَ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْس”
“Allah sənin vasitənlə bir nəfəri hidayət etsə, bu Günəşin işıq saldığı bütün şeylərdən üstündür”. (Əl-kafi, c. 5, səh. 36)
İkinci sualın cavabı:
Çalışın xoş əxlaq olun, öz ətrafınızdakı adamlarla məhəbbətlə rəftar edin, çox danışan olmayın, əxlaqdan uzaq söz danışmayın.