Sual:
Allahın adı ilə
Salam ələykum.
Bəndə Azərbaycanda tələbəyəm, hövzə dərslərini azad oxuyuram.31yaşım var. Müqəddəs Qum şəhərində fəqihlərin birinin əli ilə müəmməm olmuşuq. Burada müqəddəs dinimizin təbliği ilə məşğuluq. Bir il yarımdan çoxdur ki, süluk xəttindəyik. Halıma uyğun dəsturlara əməl etməyə çalışıram. Sübhlər (beynət-tulueyn) səcdədə zikri-yunisiyyə, axşamlar "Hədid" və "Həşr" surələrini oxumaq və s. kimi əməlləri halıma uyğun yerinə yetirməyə çalışıram.
Cavab:
Salam ələykum
Birinci sualın cavabı:
Bir neçə məsələyə diqqət etməyiniz lazımdır:
1. Seyr-süluk ona görə lazımdır ki, insan übudiyyətin zirvəsinə yetişsin. Çünki übudiyyət zəlilliyi ilə rübubiyyət izzəti təcəlli tapır. Bütün kamalların kökü übudiyyətə qayıdır.
2. Bu yolu getmək üçün təriqət ustadı seçmək lazımdır və bunsuz iş çətindir, hətta demək olar ki, qeyri-mümkün və qorxuludur.
Bu yolu ustadsız getmə
Qaranlıqdır qorx azmaq təhlükəsindən
(طى اين مرحله بى همرهى خضر مكن ظلمات است بترس از خطر گمراهى)
Seyr-süluk məsələləri üçün təriq ustadı lazımdır ki, bu yolda təhlükəsiz olaraq səfər edəsən.
3. Seyr-süluk məsələləri vitural aləmdə bəyan ediləsi deyil. Hər salik gərək gizli surətdə öz vəzifəsini öyrənib, tanısın və ona əməl etsin.
4. Bildiyinizə əməl edin, amma ifrat etməyin. Gecə-gündüz bəzi saatları zikr və dua üçün ayırın. Gün ərzində müraqibəyə dəqiq əməl edin. Öz təbliğ vəzifənizi də yerinə yetirin. Çünki tövhidi, vilayəti təbliğ etmək, insanları hidayət etmək ibadətdən daha fəzilətlidir. Rəsuli-əkrəm (ə) həzrət Əliyə (ə) belə buyurdu:
“لَأَنْ يَهْدِيَ اللَّهُ عَزَّ وَ جَلَّ عَلَى يَدَيْكَ رَجُلًا خَيْرٌ لَكَ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْس”
“Allah sənin vasitənlə bir nəfəri hidayət etsə, bu Günəşin işıq saldığı bütün şeylərdən üstündür”. (Əl-kafi, c. 5, səh. 36)
İkinci sualın cavabı:
Çalışın xoş əxlaq olun, öz ətrafınızdakı adamlarla məhəbbətlə rəftar edin, çox danışan olmayın, əxlaqdan uzaq söz danışmayın.
Bu materialı sosial şəbəkələrdə paylaşın