Sual:
Əssəlamu ələykum.
Müsəlmanların vəhdət mövzusunda vəzifələri nədir? Bəziləri özünü şiə adlandıranlar, lakin Rəhbər Ayətullah Xamenei ağanı təhqir edirlər. Bu mövzuda nəzəriniz və məsləhətləriniz nədir?
Cavab:
Salam ələykum
Bu günləri şiə aləmində, hətta İslam dünyasında vilayətin bayraqdarı və öndəri həzrət Ayətullah əl-üzma Xameneidir (Allahın salamı olsun ona). Şiələr üçün vacibdir ki, o həzrətin göstərişlərinə itaət etsinlər. Təhqir etmək böyük günahdır və bu da onların bugünkü dünyanın həqiqətlərindən xəbərsizliyindən və bəsirətsizliyindən irəli gəlir. Allah bizim hamımızı düz yolda qoruyub saxlasın.
Bu materialı sosial şəbəkələrdə paylaşın