Sual:
Rza və təslim arasındakı fərq nədir?
Cavab:
Salam ələykum.
Təslim məqamında salik bəndə qeyb aləmindən gələnləri, ağılla zidd olsa belə hamısını Allahın hökmünə təslim edir (Allahın hökmü bilərək ona təslim olur). “Yusəllimu təslima” yəni, kamil surətdə təslim olmaq. Xülasə, təslim Allahın bütün hökm və göstərişlərinə, ya Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ya Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən) hadisələri qarşısında təslim olmaq deməkdir.
Rza məqamı çox üstündür və Allahın “Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!” ayələrindəki dəvəti, rza məqamına çatmış nəfslər üçündür.
Bu məqama daxil olmağın şərti übudiyyətdə sadiq olmaqdır. “Allahdan olan bir razılıq isə daha böyükdür”. (“Tövbə” surəsi, ayə 72). Rizvan məqamı təsəvvür edilə biləcək hər bir şeydən üstündür.
Biri dərd, biri dərman bəyənir
Biri vüsal, biri hicran bəyənir
Mən dərd, dərman, vüsal və hicrandan
Canan bəyəndiyini bəyənirəm.
Əlbəttə, bu barədə çoxlu mətləblər vardır və daha geniş açıqlamaya ehtiyac vardır. Özünüz mütaliə edin.
Bu materialı sosial şəbəkələrdə paylaşın