
Ustad Füruğinin məhzərində
Mərifətin mərtəbələri
İnsanın mərifət və yəqinliyi nə qədər çox olsa, bəndəliyi də bir o qədər xalis olar. Bəzən insan mərifəti dəlil-sübut yolu ilə əldə edir. Mərifətin bu mərtəbəsi elmül-yəqin adlanır. Amma mərifət bu mərtəbədən də yüksəyə qalxmalı və eynül-yəqinə çatmalı, həqiqəti batini gözlə müşahidə etməlidir. Salik bu mərtəbəni yalnız şəri riyazətlər və ciddi təlaşlarla əldə edə bilər. Həzrət Əmirəlmöminin Əli (ə) buyurur: “Görmədiyim rəbbə ibadət etmərəm”. (“Üsuli-kafi”, c. 1, səh. 245)
Bu mərtəbədən də yuxarı qalxaraq həqqül-yəqinə çatmaq lazımdır ki, Allah və bəndə arasında həqiqi bağlantı və birlik yaransın. Sonda bu mərtəbədən də yüksəyə qalxmaq lazımdır ki, aləmdə bir varlıqdan artıq varlığın olmadığını və hər bir şeyin Onda qərq, hətta məhv olduğunu görəsən.
Ömrümün hasili üç şeydən artıq deyil
Xam idim, bişdim və yandım.
Nəhayət, o yerə çata ki, deyə:
Yandım, yandım, yandım.
Bu materialı sosial şəbəkələrdə paylaşın