اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 110 2017/06/27 - 15:41 206
تعريف سير و سلوك

Məqalə

Seyri-sülukun tərifi

Bismillahir-rəhmanir-rəhim

Seyri-süluk xüsusi dərəcə və mərtəbələri əldə etmək üçün bir sıra mərhələləri keçməkdir. Seyri-süluk əhli vüsal və fəna məqamına çatmaq üçün bu yolu getməlidir. O cümlədən tövbə, mücahidlik (cəhd etmək), xəlvət, təcrid, vərə (təqvanın ən yüksək dərəcəsi), zöhd, sükut, xof, rəca, hüzn, aclıq, şəhvəti tərk etmək, xüşu və təvazö.

“Süluk” ərəb dilində “getmək” mənasına işlədilir. Yəni gedən. Ola bilsin zahir aləmində səfər etsin, yaxud da batin aləmində seyr etsin.

İrfan əhlinin nəzərində süluk, xüsusi getmək mənasınadır və o da “seyr iləllah (Allaha tərəf seyr)” və “seyr fillah (Allahda seyr)” deməkdir. Seyr iləllahın sonu var, lakin seyr fillahın sonu yoxdur.

Seyr iləllah, salikin öz varlığından yox olması, Allahın varlığı ilə var olması, Allahla diri və agah, görən və eşidən olmasından ibarətdir. Amma seyr fillah Allah taalanın adlarında, sifətlərində seyr etməkdən ibarətdir. Allah sonsuz olduğu üçün bu seyrin də bir həddi və sonu yoxdur[1].

Buna əsasən süluk, tövhid məqamına çatmaq üçün mücahidcəsinə hərəkət deməkdir.

Təhanəvi deyir: “Süluk, salikin (seyr-süluk əhlinin) öz məqsədinə çatmaq üçün Allah yolunda etdiyi cəhddir”[2].

Sülukun mənasının aydın olması ilə salikin də mənası aydın olur. Deməli, salik lüğətdə seyr edən deməkdir.

“Salik, lüğətdə yol gedən deməkdir”[3].

Corcani “Tərifat” kitabında salikə belə tərif verir: “Salik, o kəsdir ki, irfani məqamları hal vasitəsilə əldə edir, elm və təsəvvür vasitəsilə yox. Ona görə də elmi-eyni ona hasil olduqda daha azmır”[4].

Əllamə Təbatəbai seyri-süluk barədə deyir: “Salik, Allaha tərəf hərəkət etməyi qəsd etdiyi və kəsrət aləmindən ötdüyü zaman bu səfəri ariflər arasında və terminologiyasında “seyri-süluk” adlandırırlar”.

Süluk, yəni yol getmək, əsərlərə, yol arasında mənzil və mərhələlərin xüsusiyyətlərinə tamaşa etmək.

Bu mənəvi səfərin azuqəsi nəfsani riyazət və mücahidlikdir. Çünki maddi bağlılıqlardan qırılmaq çox çətindir. Ona görə də yavaş-yavaş kəsrət aləminə bağlılığın köklərini qırır və təbiət aləmindən səfər edir[5].

Bu seyr üçün iki yol vardır:

1. Seyri afaqi.

2. Seyri ənfusi.

Mütəal Allah buyurur:

«سَنُرِيهِمْ آياتِنا فِي الْآفاقِ وَ فِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَ وَ لَمْ‌يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلى‏ كُلِّ شَيْ‏ءٍ شَهِيدٌ*أَلا إِنَّهُمْ فِي مِرْيَةٍ مِنْ لِقاءِ رَبِّهِمْ أَلا إِنَّهُ بِكُلِّ شَيْ‏ءٍ مُحِيطٌ»

“Tezliklə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?! (Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi əhatə edəndir!”[6].

Maddi bəşər, zülmət və qaranlıqla dolu olan bir dünyada yaşayır, şəhvətin sahilsiz dənizində boğulur. Hər an maddi bir bağlılıq dalğası onu bir tərəfə tullayır. O dalğanın zərərindən çıxmamış, daha ağır bir mal, sərvət, qadın, övlad bağlılığı onu tutur. Ardıcıl sellər onun üzərinə gəlir və dəryanın qorxulu fırtına dalğaları arasında elə qərq edir ki, onun nalə və fəryadları da nəhəng dalğalar arasında itib-batır.

Lakin, arabir can və ruh bəxş edən cazibə adlı nəsim onu nəvaziş edib oxşayır. Belə başa düşür ki, bu məhəbbətli nəsim onu özünə tərəf çəkir və bir məqsədə tərəf sövq edir. Cazibə nəsimi mütəmadi surətdə olmur və arabir əsir.

«وَ انَّ لِرَبِّكُمْ فِي ايّامِ دَهْرِكُمْ نَفَحَاتٍ ألَا فَتَعَرَّضُوا لَهَا وَ لاتُعْرِضُوا عَنْهَا»

Bu zaman salik yeni cana gəlir və bu ilahi cazibənin təsirindən kəsrət aləmindən ötmək, mümkün olan bir tərtiblə səfər yükünü bağlamaq və özünün gərgin, qarmaqarışıq həngaməsindən xilas olmaq fikrinə düşür. Bu səfər ariflər arasında və terminologiyasında seyri-süluk adlanır.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

—————————————————–

[1] . Səccadi, “Fərhəngi məarifi islami”, c. 2, səh. 1012.
[2] . Əltəhavi, “Kəşşafu istilahatil-funun vəl-ulum”, c. 1, səh. 969.
[3] . Əltəhavi, “Kəşşafu istilahatil-funun vəl-ulum”, c. 1, səh. 970.
[4] . Corcani, “Əl-tərifat”, səh. 51.
[5] . Hüseyni, Tehrani, “Risaleyi lubbul-lubab dər seyr-o-suluki ulal-əlbab”, s. 25.
[6] . “Fussilət” surəsi, ayə 53 və 54.

0 0 vote
Article Rating

Bu materialı sosial şəbəkələrdə paylaşın

Subscribe
xəbər tutmaq
guest
0 Comments
Inline Feedbacks
View all comments
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?

sajde-mohabbat-slider

Məhəbbət səcdəsi

0 0 vote Article Rating

رنگ توحید

Video/ Tövhid rəngi

0 0 vote Article Rating

جمال امام حسین علیه السّلام (حُدّاث الحُسین)

Video/ İmam Hüseynin (ə) camalı

0 0 vote Article Rating

حزن و اندوه

Video/ Qəm və kədər

0 0 vote Article Rating

در جستجوی خدا باش

Video/ Allahın axtarışında ol

0 0 vote Article Rating

رقص خاک

Video/ Torpağın rəqsi

0 0 vote Article Rating

غنچه‌ی دل

Video/ Ürək qönçəsi

0 0 vote Article Rating

سرمستان توحید

Video/ Tövhiddə məst olanlar

0 0 vote Article Rating

0
Would love your thoughts, please comment.x
()
x